EN

Bələdiyyələr öz ərazilərində ət köşkləri yaratsın – Deputat

Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Tahir Rzayev deyib.

O bildirib ki, hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir:

“Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilərlər. Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”.

Chosen
59
32
konkret.az

10Sources