EN

AFFA da rəhbərlik dəyişməli, günahkarlar cəzalandırılmalıdır Deputat

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan futbolu olduqca bərbad vəziyyətdədir və bu vəziyyət ilbəil daha da pisləşir. Azərbaycan millisi cırtdan ölkələr də daxil olmaqla, demək olar, bütün millilərə uduzub və reytinq cədvəlində hər il aşağıya doğru gedir. Belə durumda AFFA-nın tənqid olunması da təbiidir. AFFA-nın fəaliyyəti də, yanlış qərarları da göz önündədir”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, 2005-2015-ci illəri əhatə edən dövrdə Prezident futbolun inkişafı üçün 1 milyard ayırmışdı, bu vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair şübhələr var:“Çox ciddi araşdırmalı olan məsələlər var. Məsələn, xaricdən legionerlər gətirilir, hansı ki, özlərini doğrultmurlar. Milli komandaya xaricdən məşqçilər gətirilir, dünya futbolunda dələduzluğu ilə tanınan şəxslər gətirilir. AFFA-nın bu cür müqavilələr imzalaması və bu adamları yüksək məbləğlərlə ölkəyə gətirməsi çox böyük suallar və şübhələr yaradır. Bu məsələlər araşdırılmalıdır.

Milli komandanın oyunu çox böyük utanca səbəb olur. Bu vəziyyəti yaradanlar tapılmalı və cəzalandırılmalıdır. Çünki bu, Azərbaycan adına çox böyük ləkədir. Radikal addımlar atılmalıdır, AFFA-da çox ciddi dəyişikliklər olmalıdır. Bu gün futboldan xəbəri olmayan adamlar AFFA-da müxtəlif vəzifələrdə çalışırlar. AFFA-nı futbolumuzu rəzil hala salmaq üçün məkan kimi seçiblər. Ciddi islahatlara gedilməlidir, rəhbərlik də dəyişilməlidir”.Cavidan Mirzəzadə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
demokrat.az

2Sources