EN

İtkin şəhid Ayaz Zərbalıyev Göyçayda dəfn edilib

Sentyabrın 12-də Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Ayaz Əsgəralı oğlu Zərbalıyev Göyçay rayonunda dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayonun Potu kəndində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.

Vida mərasimindən sonra itkin şəhid Göyçay şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, A.Zərbalıyev 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.

Chosen
35
11
azerbaijan-news.az

10Sources