EN

Yalçın Rəfiyev Çex Respublikasına səfər edib

Cari ilin 11-12 sentyabr tarixlərində Azərbaycan Respublikasınınxarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfəredib.

Səfər çərçivəsində nazir müavini ATƏT-in Finlandiya Sədrliyitərəfindən Praqada təşkil olunmuş “Dəyişən iqlim şəraitindədayanıqlı gələcəyin qurulması” adlı forumda iştirak edib,ikitərəfli görüşlər keçirib.

Forumun iqlim məsələlərinə həsr olunan sessiyasında əsas məruzəçiqismində çıxış edən Y.Rəfiyev Azərbaycanda keçirilmiş BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflərKonfransının (COP29) tarixi nəticələri, qəbul olunmuş qərarlar vəonların iqlim dəyişikliyi ilə mübarizə prosesinə verəcəyi töhfəbarədə ətraflı məlumat verib, ATƏT-in regional təhlükəsizliktəşkilatı olaraq iqlim dəyişikliyi ilə mübarizə prosesində mümkünroluna dair fikirlərini bölüşüb.

Səfər çərçivəsində Y.Rəfiyev həmçinin Çexiyanın xarici işlərnazirinin müavini Yan Marian və ATƏT-in Daimi Şuranın sədriFinlandiyanın ATƏT yanındakı Daimi Nümayəndəsi Vesa Hakkinen iləgörüş keçirib.

Yan Marian ilə keçirilmiş görüşdə Azərbaycan ilə Çexiya arasındaçoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları, iqlimdəyişikliyi ilə mübarizə və COP prosesi, o cümlədən COP30-ahazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı DaimiNümayəndəsi Vesa Hakkinen ilə görüşdə Vaşinqton görüşlərininnəticəsi olaraq ATƏT-in Minsk qrupunun ləğvi barədə qərarın qəbuledilməsindən sonrakı mərhələdə Azərbaycanın ATƏT çərçivəsindəfəaliyyətinin əsas istiqamətləri, hazırkı beynəlxalq mühitdəATƏT-in dəyişən reallıqlara uyğunlaşaraq fəaliyyətini iqlimdəyişikliyi, şəhərsalma və yaxşı idarəçilik kimi mövzuları da əhatəetməklə iştirakçı dövlətlərin mənafelərinə uyğun istiqamətlərdəgenişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Chosen
17
9
az.trend.az

10Sources