Əfsanəvi braziliyalı futbolu Ronaldinyonun oğlu Joao Mendes İngiltərənin "Hall Siti" klubuna keçib.


Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.


Mendes Çempionşip təmsilçisinin U-21 komandasında çıxış edəcək.


Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus olan Hall Siti" Çempionşipdə 17-ci yerdədir. 


Joao Mendes karyerasına Braziliya "Kruzeyro"sunda başlayıb. O, 2023-cü ilin yazında "Barselona"ya, ötən il isə İngiltərə "Bernli"sinə keçib.