EN

İranın zənginləşdirdiyi uran dağıntılar altında qalıb?

İranın xarici işlər naziri Abbas Əraqçi: İranın zənginləşdirdiyi bütün nüvə materialları İsrail və ABŞ-ın vurduğu zərbələrdən sonra hazırda nüvə obyektlərində dağıntılar altındadır.

“Bizim bütün materiallarımız hazırda nüvə obyektlərinə endirilən zərbələrdən sonra dağıntılar altındadır. Bu materiallara giriş və onların vəziyyəti hazırda İranın Atom Enerjisi Təşkilatının mütəxəssisləri tərəfindən qiymətləndirilir”, – deyə Əraqçi televiziyanın canlı efirində zənginləşdirilmiş nüvə “materiallarına” girişlə bağlı sualı cavablandırıb.

O, həmçinin qeyd edib ki, İranın Atom Enerjisi Təşkilatı nüvə materiallarının vəziyyətini qiymətləndirdikdən sonra ölkənin Milli Təhlükəsizlik Şurasına təqdim edəcəyi hesabat hazırlayacaq. Bundan sonra Şura qərar verəcək.

Chosen
2
2
moderator.az

2Sources