EN

Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Bu ilin sentyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda 280,5 min nəfər işsiz şəxs olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlindən ötən 8 ay ərzində ölkədə işsizlərin sayı təxminən 1,8 min nəfər azalıb.

Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 365,3 min nəfər olub, onların 5 milyon 84,8 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.

Onu da qeyd edək ki, 2025-ci ilin sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 237 min nəfər olub və onların 50,1%-ini qadınlar təşkil edib. Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində Dövlət Məşğulluq Agentliyi tərəfindən 217,2 min nəfər işsiz qeydə alınıb və onların 47,6%-i qadınlar olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, Məşğulluq Agentliyinin bu ilin ilk 8 ayında qeydə aldığı 19,8 min işsizin 15,3 min nəfəri qadın, 4,5 min nəfəri kişi olub.Elnur Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
3
yeniavaz.com

4Sources