EN

FBİ Çarli Kirkin qatilinin görüntüsünü yaydı, mükafat qoydu - FOTO

ABŞ-ın ən tanınmış mühafizəkar fəallarından biri və prezident Donald Trampın yaxın müttəfiqi Çarli Kirkin sentyabrın 10-da Utah Valley Universitetində çıxışı zamanı qətlə yetirilməsi gündəmdə qalmaqda davam edir.

Milli.Az xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosu (FTB) sui-qəsdlə bağlı verdiyi son press-relizdə şübhəlinin qaçarkən təhlükəsizlik kamerası görüntülərini yayıb.

Şübhəlinin yaxından çəkilmiş şəkillərini də paylaşan səlahiyyətlilər hadisə zamanı onun əynində Amerika bayrağı olan köynək, Converse ayaqqabısı və gün eynəyi olduğunu bildirib.

Yuta qubernatoru Spenser Koks şübhəli ilə bağlı 7 mindən çox məsləhət aldıqlarını və səlahiyyətlilərin ölüm cəzası tələb etmək üçün lazımi sübutları topladığını əlavə edib.

FTB şübhəlinin tutulmasına kömək edən məlumat üçün 100.000 dollar mükafat təklif edib.

Xatırladaq ki, Çarli Kirk sentyabrın 10-da Yuta ştatında universitetdə çıxış edərkən güllələnib və xəstəxanada ölüb. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
28
34
milli.az

10Sources