EN

Kreml: Rusiya-Ukrayna danışıqlarında fasilə yaranıb

Hazırda Rusiya-Ukrayna danışıqlarında fasilə yaranıb.

“İki sahil” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlaqə kanalları var, onlar yaradılıb. Danışıqçılarımızın bu kanallar vasitəsilə əlaqə qurmaq imkanı var, lakin hələlik, yəqin ki, daha çox fasilədən danışmaq olar", - Kremlin nümayəndəsi bildirib.

O əlavə edib ki, Moskva Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarını axtarmağa hazırdır, lakin "avropalılar bu prosesə mane olurlar".

Chosen
12
2
ikisahil.az

3Sources