EN

Bu ölkələr Rusiyaya sanksiyaları genişləndirir

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qərb ölkələri Rusiyaya qarşı sanksiya tədbirlərini daha da sərtləşdirir.

Milli.Az xəbər verir ki, son günlərdə Böyük Britaniya, Yeni Zelandiya və Yaponiya tərəfindən Moskvaya qarşı əlavə məhdudiyyətlər tətbiq edilib.

Böyük Britaniya hökuməti Rusiyaya qarşı mövcud sanksiya paketinə 30 yeni bənd əlavə edib. Rəsmi sənəddə bildirilir ki, ümumilikdə 70 yeni dəyişikliyi əhatə edən sanksiya paketi qüvvəyə minib.

Yeni Zelandiya Xarici İşlər Nazirliyi isə Rusiya neftinin satış qiymətinə tavan tətbiq edərək bir barel üçün maksimum qiyməti 47.6 dollar səviyyəsində müəyyənləşdirib. Eyni zamanda, bu ölkə tərəfindən 19 fiziki və hüquqi şəxsə, eləcə də Rusiya neft sənayesi ilə əlaqəli 19 gəmiyə qarşı sanksiyalar tətbiq olunub.

Yaponiya Nazirlər Kabineti də Rusiyaya qarşı yeni məhdudiyyətlər elan edib. Tokio, Rusiya neftinin qiymət həddini Yeni Zelandiyanın müəyyən etdiyi səviyyəyə uyğun olaraq 47.6 dollar müəyyənləşdirib. Bununla yanaşı, 14 rusiyalı şəxs və 48 şirkət Yaponiya tərəfindən sanksiya siyahısına daxil edilib.

Hazırda bu sanksiyalar Rusiyanın enerji sektorunu və beynəlxalq iqtisadi əlaqələrini hədəf alır.

Asya

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
4
news.milli.az

5Sources