EN

Ölüm xəbərimi eşidəcəksiniz deyən müğənni sənətə qayıtdı

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Uzun müddətdir maddi problemləri ilə gündəmə gələn müğənni Harika Avcı kameralara tuş gəlib.

BAKU.WS xəbər verir ki, o uzun müddətdən sonra sənətə dönüş edib. İfaçı ilkin olaraq "Anılar" adlı mahnını ifa edib.

Müğənniyə qara ciyər sirrozu diaqnozu qoyulmuşdu. Lakin o müalicəni rədd etmişdi.

Sənətçi onu görən jurnalistlərə "Bəlkə klonlanmışam. Ola bilər? Süni intellekt falan deyiləm" - deyərək reaksiya verib.

Xatırladaq ki, Harika Avcının əsl adı Nermin Ocakdır. Ona səhnə adı müğənni və aktrisa Gönül Yazar tərəfindən verilib.

"Qısa müddətə ölüm xəbərimi eşidəcəksiniz. Qaraciyərim sıradan çıxıb. Həkimə də getmirəm. Mən ölməyi seçdim. Əvvəllər də mənə qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu. Amma bir ricam var – itim mən öldükdən sonra da yaşamağa davam edəcəksə, ona sahib çıxın" - deyə Harika son açıqlamasında qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
baku.ws

2Sources