EN

Gəncədə evdə PARTLAYIŞ- 33 yaşlı qadın yanıq xəsarətləri alıb

Gəncədə hamamda partlayış olub.

Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 33 yaşlı Ç.Həsənova bədənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, Ç.Həsənova yaşadığı evin vanna otağında qazı (su qızdırıcısını) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
28
10
avtosfer.az

10Sources