EN

Altmış mindən çox ukraynalı hərbçi Britaniyada təlim keçib

Bakı, 12 sentyabr, AZƏRTAC

Altmış mindən çox ukraynalı hərbçi Böyük Britaniyada Interflex proqramı çərçivəsində təlim keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib. O, Britaniyaya səfəri zamanı Ukrayna hərbçilərinin təlim keçdiyi poliqonu ziyarət edib.

“Mən Interfleks əməliyyatı komandirinin brifinqini dinlədim. 2022-ci ilin iyun ayından etibarən əməliyyat çərçivəsində artıq 60 mindən çox Ukrayna hərbçisi təlim keçib", - deyə nazir Telegram kanalında yazıb.

O əlavə edib ki, Ukrayna hərbçilərinə Böyük Britaniya Silahlı Qüvvələrinin və digər 10 ölkənin təlimatçıları tərəfindən təlimlər keçirilir.

Böyük Britaniyanın rəhbərlik etdiyi təlim proqramı 2022-ci ilin yayında başlayıb. Bu il avqustun 24-də Britaniyanın müdafiə naziri Interflex əməliyyatının ən azı 2026-cı ilin sonunadək uzadıldığını elan edib.

Chosen
47
azertag.az

1Sources