EN

Birinci Qarabağ müharibəsinin şəhidi Murad Vəliyev Qubada dəfn edildi – FOTO

Birinci Qarabağ müharibəsinin itkin düşmüş hesab edilən şəhidi Murad Məlikməmməd oğlu Vəliyevin nəşi doğulduğu Quba rayonunda böyük ehtiram və coşqu ilə qarşılanıb.

Bizim.Media xəbər verir ki, Quba şəhərində "Gənclər parkı"nın qarşısına yığışan sakinlər, ziyalılar, rayon rəsmiləri, keçmiş döyüşçülər 31 ildən sonra şəhid olduğu təsdiqlənən Murad Vəliyevə öz ehtiramlarını bildiriblər.
 

Sonra şəhid Muradın Vəliyevin cənazəsi rayon mərkəzindən 70 km aralıda yerləşən Nütəh kəndinə gətirilib. Ata evində doğmaları ilə vida mərasimindən sonra Murad Vəliyevin cənazəsi kənd qəbiristanlığına aparılıb, ruhuna dualar oxunub.


Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov 54 yaşlı şəhdin tabutuna bürünmüş Azərbaycan bayrağını qardaşı Pirəmməd Vəliyevə təqdim edib.

Rayon rəhbəri ailəyə başsağlığı verib. Sonda şəhid doğma yurdunda dəfn edilib.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
31
1
bizim.media

2Sources