EN

Kiyevdə hədəfə alınan hücumda yüksək rütbəli rus zabitləri məhv edilib

Ukrayna Silahlı Qüvvələrinin Zaporojya vilayətində yerləşən Rusiya ordusunun komandanlıq məntəqəsinə endirdiyi zərbə nəticəsində bir neçə yüksək rütbəli rus zabiti məhv edilib. Bu barədə UNİAN agentliyi məlumat yayıb.

Məlumata görə, avqustun 30-da Voskresenka kəndi yaxınlığında baş tutan dəqiq zərbə nəticəsində Rusiya ordusunun azı iki polkovnik-leytenantı – Dmitri Paşabekov və Ruslan Şiqabutdinov həlak olub. Onların ölümü rəsmən təsdiqlənib.

Ukrayna ordusunun zabiti və tanınmış hərbi bloger Anatoli Stefan (“Ştirlitz”) bildirib ki, hücum nəticəsində ümumilikdə 17 rus zabiti və bir sıravi əsgər məhv edilib.

Ukrayna kəşfiyyatına əsaslanan məlumatlara görə, zərbə Rusiya komandanlığının fəaliyyətdə olan əməliyyat qərargahını hədəf alıb və bu, müharibənin gedişinə təsir edə biləcək mühüm uğurlardan biri kimi qiymətləndirilir.

Qeyd edək ki, Ukrayna tərəfi Rusiya ordusunun yüksək rütbəli şəxslərini hədəfə almaqla onların komanda və idarəetmə imkanlarını zəiflətməyi qarşısına məqsəd qoyub.

Chosen
14
veteninfo.az

1Sources