EN

Azərbaycanda gənclərin doğulduqları bölgələrdə hərbi xidmət keçməsi mümkündürmü? MARAQLI CAVAB KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyada bəzən hərbi çağırışçılar doğulduqları bölgədə xidmət edirdilər. Bəs görəsən, Azərbaycanda əsgərlərin doğulduqları yerdə xidmət etməsi mümkündürmü və bu, hansı üstünlüklər qazandıra bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanda hərbi xidmətə çağırışçıların doğulduqları bölgələrdə xidmət etməsi hazırkı şəraitdə məqsədəuyğun sayılmır. Onun sözlərinə görə, Rusiyada tətbiq olunan bu praktika müəyyən korrupsiya hallarına yol açır və Azərbaycanda da oxşar problemlərə səbəb ola bilər:

“Hazırda rayonların heç də hamısında hərbi hissələr mövcud deyil. Digər tərəfdən, çağırışçıların ən çox olduğu Bakı şəhərində böyük hərbi kontingentin saxlanmasına ehtiyac yoxdur. Buna görə də ölkəmizdə çağırışçılar evlərindən 120 kilometrədək uzaqlıqda yerləşən hərbi hissələrə göndərilir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın dövlət sərhədləri bərpa olunub və əsas zərurət Laçın, Kəlbəcər, habelə Ermənistan və İranla sərhəd bölgələrində hərbi qulluqçuların xidmət etməsidir:

“Əsgərlərin öz doğulduqları ərazilərdə xidmət etməsi indiki reallıqlara tamamilə ziddir və bu məsələ nə mütəxəssislər, nə də rəsmi qurumlar tərəfindən müzakirə olunur”.

Ə.Verdiyev əlavə edib ki, əsgərlərin doğma bölgələrində xidmət etməsinin əlavə problemlərə də yol açması mümkündür:

“Hərbi qulluqçuların yaxınları, dostları tərəfindən tez-tez ziyarət olunması xidmətin keyfiyyətinə mənfi təsir göstərə bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
2
konkret.az

3Sources