EN

Makroiqtisadi dayanıqlılıq üzrə effektiv icra və gələcək planlar dəyərləndirildi

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtındavə effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlətorqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə NazirlərKabinetinin müvafiq Sərəncamı ilə yaradılmış Makroiqtisadidayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə TrendMərkəzi Banka istinadən xəbər verir.

İclasda Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi,İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fonduvə Aqrar Sığorta Fondunun nümayəndələri iştirak edib.

İşçi qrupunun sədri, Mərkəzi Bankın sədrinin birinci müaviniƏliyar Məmmədyarov giriş nitqi ilə çıxış edərək Strategiyaçərçivəsində “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrəəldə olunmuş nəticələr barədə məlumat verib, növbəti dövrlərdə dəaidiyyəti tədbirlərin səmərəli icrası üçün bütün səyləringöstərilməsinin zəruri olduğunu vurğulayıb.

Daha sonra, işçi qrupunun sədr müavini, İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müaviniAyaz Müseyibov təqdimatla çıxış edərək, 2025-ci ilin ilk yarımiliərzində görülmüş işlər və əldə olunmuş nəticələr ilə bağlı ətraflıməlumat verib.

İclasda “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin2025-ci ilin ilk yarımili üzrə monitorinq və qiymətləndirmənəticələri, həmçinin həyata keçirilən fəaliyyətlərineffektivliyinin daha da artırılması istiqamətində işçi qrupununüzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələraparılaraq növbəti addımlar müəyyən edilib.

Chosen
13
6
az.trend.az

7Sources