“Sumqayıt”dan ayrılan Kamran Quliyevin yeni klubu məlum olub. Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını I Liqada davam etdirəcək.
“Səbail” forvardla 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, “Səbail” bu gün I Liqanın açılış turunda “Mingəçevir”lə qarşılaşacaq. ASKO Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.