EN

Mərkəzi Bankda “Makroiqtisadi dayanıqlılıq” üzrə İşçi qrupun növbəti iclası təşkil olunub

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib. 

XQ xəbər verir ki, iclasda Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak edib.

İşçi qrupun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov giriş nitqi ilə çıxış edərək Strategiya çərçivəsində “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə əldə olunmuş nəticələr barədə məlumat verib, növbəti dövrlərdə də aidiyyəti tədbirlərin səmərəli icrası üçün bütün səylərin göstərilməsinin zəruri olduğunu vurğulayıb. 

Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov təqdimatla çıxış edərək 2025-ci ilin ilk yarımili ərzində görülmüş işlər və əldə olunmuş nəticələr ilə bağlı ətraflı məlumat verib.

İclasda “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2025-ci ilin ilk yarımili üzrə monitorinq və qiymətləndirmə nəticələri, həmçinin həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində İşçi qrupunun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılaraq növbəti addımlar müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
6
xalqqazeti.az

7Sources