Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Vəkil Möylan oğlu Qayıbov dəfn edilib.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Qəmərvan kənd qəbiristanlığında torpağa tapşırılıb.
14:43
Qəbələ rayonunun Qəmərvan kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Vəkil Möylan oğlu Qayıbovla vida mərasimi keçirilib.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
V.Qayıbov 1973-cu il avqustun 30-da anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Şəhidin nəşinin qalıqları Qəbələ rayonunun Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.


