EN

Türkmənistanda Azərbaycanla bağlı tender elan edildi

BAKI, 12 sentyabr. TELEQRAF

Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi Azərbaycan Respublikasının Füzuli şəhərində məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Türkmənistan” qəzeti məlumat yayıb.

Maraqlı şəxslərin sorğu və təklifləri Tikinti və Memarlıq Nazirliyinin müvafiq şöbəsində müəyyən edilmiş qaydada qəbul edilərək rəsmiləşdiriləcək.

Müraciət və təkliflər 22 sentyabr 2025-ci il tarixinədək qəbul olunacaq.

Chosen
35
teleqraf.com

1Sources