EN

Alman şirkəti Azərbaycanda su sızmalarının aşkarlanması üçün qabaqcıl texnologiyalarını təqdim edib (ÖZƏL)

Bakı. Trend:

Almaniya və İsveçrədə qərargahları olan, ailə biznesi sayılanalman şirkəti “Gutermann AG” olaraq, ilk dəfə Azərbaycandaolmağımızdan istifadə edərək, su itkilərini əhəmiyyətli dərəcədəazaltmağa imkan verən su sızmalarının aşkarlanmasıtexnologiyalarını təqdim etmişik

Bunu Trend-əverdiyi müsahibədə GUTERMANN şirkətinin baş kommersiya direktoruBernhard Doll deyib.

Onun sözlərinə görə, şirkət bəzi rayonlarda 30-40 faiz və dahayüksək olan su itkilərinin azaldılması üçün qabaqcıl həllər tətbiqetmək niyyətindədir.

Şirkətin əsas məhsullarından biri “Zone Scan”dır – süniintellektdən istifadə edən, darzolaqlı NB-IoT texnologiyasıəsasında işləyən registrator. Bu cihazlar az enerji sərfiyyatınamalikdir və hətta metal su qəbul kameralarının içərisində dəquraşdırıla bilir. Onlar boru kəmərindəki səsləri toplayaraq,mümkün sızma yerini dəqiq müəyyən etməyə imkan verir.

“Çexiya və Rumıniya kimi Şərqi Avropa ölkələrindəki təcrübəmizgöstərir ki, bu texnologiya sızmaları yerindəcə iqtisadi vəsəmərəli şəkildə aşkarlamağa imkan verir, bundan sonra sutəsərrüfatı operatorları lokal yoxlama apararaq boru kəmərini təmiredə bilirlər”, - deyə Doll qeyd edib.

Şirkət ümid edir ki, belə həllərin tətbiqi Azərbaycanda suitkilərinin azaldılmasına və su təsərrüfatlarının fəaliyyətininsəmərəliliyinin artırılmasına kömək edəcək.

Qeyd edək ki, GUTERMANN su itkilərinin ağıllı idarə olunması vəsızmaların aşkarlanması sahəsində innovasiyaları ilə tanınanbeynəlxalq texnoloji şirkətdir. Baş ofisi İsveçrənin Zuq şəhərindəyerləşən və Almaniya, Böyük Britaniya, Fransa, ABŞ və Avstraliyadaregional nümayəndəlikləri olan şirkət ailə biznesinin üçüncünəslidir.

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources