EN

İlk köç karvanı Badara kəndinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Xocalının Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb, ailələrə yeni mənzillərin açarları təqdim edilib...

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndiliyini təmsil edən şəxslər iştirak ediblər.

Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kənddə sakinlər üçün yaradılan şərait barədə məlumat verib.

O bildirib ki, Badara kəndində sakinlərin rahat yaşayışı və məşğulluğu üçün bütün zəruri infrastruktur qurulub, sosial və iqtisadi məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Qeyd edilib ki, Badara kəndi qısa müddət ərzində bərpa edilərək, elektrik enerjisi, içməli su və mavi yanacaqla təmin olunub. Sakinlərin qayğısız yaşayışı və dayanıqlı məskunlaşması üçün bütün imkanlar yaradılıb. Məşğulluqla bağlı məsələ də hər zamankı kimi prioritet olaraq qalır.

ANAMA-nın əməkdaşları da sakinlərlə təhlükəsizliyə dair  maarifləndirici söhbət aparıb.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir...

Bu gün Xocalı rayonunun Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb.

"Report" xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

***

"Report" xəbər verir ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Badara kəndinə 14 ailə - 55 nəfər, Hadrut qəsəbəsinə isə 10 ailə 42 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Poliqon.info

Chosen
6
17
poliqon.info

10Sources