EN

"Beşiktaş" Jota Silvanı transfer etməyə yaxındır

"Beşiktaş" transfer pəncərəsinin bitməsinə az qalmış heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Musavat.com-un xəbərinə görə, "qara-ağlılar" İngiltərənin "Nottingham Forest" klubundan Jota Silvanı heyətinə qatmağa çox yaxındır.

Portuqaliyalı futbolçu ilkin mərhələdə icarə əsasında "Beşiktaş"a qoşulacaq, daha sonra satınalma ilə bağlı danışıqlar aparılacaq.

Peşəkar karyerasına vətəninin "Sousense" klubunda başlayan Jota sonrakı illərdə "Espinho", "Leixoes" və "Casa Pia" formalarını geyinib. O, "Vitoria Guimaraes" ilə Portuqaliya Premyer Liqasında çıxış etdikdən sonra "Nottingham Forest"in diqqətini çəkib.

2024/25 mövsümündə İngiltərəyə yollanan Jota "Nottingham"ın heyətində 38 oyuna çıxaraq 4 qol və 2 assistlə yadda qalıb.

Sultan Məmmədli
Musavat.com

Chosen
8
musavat.com

1Sources