EN

Nazir: Avropa İttifaqı Rusiya qazından bir il ərzində imtina edə bilər

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqı Rusiya qazını almağı 6-12 ay ərzində tədricən dayandıra bilər.

APA xəbər verir ki, bu haqda “Reuters” ABŞ-ın enerji naziri Kris Rayta istinadən məlumat verib.

Nazirin verdiyi məlumata görə, Avropa İttifaqı Rusiya qazını 6-12 ay ərzində tədricən dayandıraraq onun yerinə ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxal edə bilər. O, qeyd edib ki, ABŞ-ın bu təklifi Aİ rəsmilərinə çatdırıb.

Rayt cümə günü Brüsseldə, Aİ-nin enerji komissarı Dan Yorgensenlə görüşü zamanı Avropanın Rusiya enerji daşıyıcılarını almağı dayandırması mövzusunu müzakirə edib.

Bildirilib ki, Aİ Rusiya nefti və qazının idxalının 2028-ci ilin yanvarına qədər tədricən dayandırılması üçün hüquqi təkliflər üzərində danışıqlar aparır. Bundan əlavə, qısamüddətli müqavilələrə gələn ildən qadağa qoyulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
apa.az

2Sources