19–21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin yarış həftəsində Bakı küçələrinin müəyyən hissələri bu il də səhər və axşam saatlarında açıq olacaq.
Offsideplus.az xÉ™bÉ™r verir ki, ÅŸÉ™hÉ™r sakinlÉ™rinin rahatlığı üçün tranzit dÉ™hlizlÉ™r bu il dÉ™ fÉ™aliyyÉ™t göstÉ™rÉ™cÉ™k. BelÉ™liklÉ™, 15–17 sentyabr tarixlÉ™rindÉ™ sÉ™hÉ™r saat 07:00–09:00 vÉ™ axÅŸam saat 18:00–20:00-da, 18 sentyabrda isÉ™ sÉ™hÉ™r 07:00–09:00 vÉ™ axÅŸam 20:00–22:00-da trekin bÉ™zi hissÉ™lÉ™rindÉ™n nÉ™qliyyat vasitÉ™lÉ™rinin hÉ™rÉ™kÉ™ti mümkün olacaq.Â
Giriş nöqtələri:
Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi
M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət
S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti
Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti
Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi
Çıxış nöqtələri:
Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall
İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti
Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall
Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.
Xatırladaq ki, Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.
Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir.