EN

Yaponiyada güclü leysan həyatı iflic etdi - Video

Tokioda güclü yağışlar nəticəsində beynəlxalq hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Bildirilir ki, leysan səbəbindən 7 mindən çox ev işıqsız qalıb. İnsanlar küçələrdə dizədək suyun içində hərəkət edir, metro stansiyaları da su altında qalıb.

Yaponiyanın daxili aviaşirkətləri üzrə 100-dən çox reys təxirə salınıb və ya ləğv olunub.

Chosen
73
axar.az

1Sources