EN

1297-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1297-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 83 368 PUA-sı, 628 zenit-raket kompleksi, 25 068 tank və digər zirehli texnikası, 1 591 reaktiv yaylım atəş sistemi, 29 497 artilleriya və minaatanı, 41 604 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Chosen
2
28
axar.az

10Sources