EN

Çempionlar Liqası: Qarabağ azarkeşləri üçün biletlər satışda

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) - “Qarabağ” FK matçını “Estádio do SL Benfica"da izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışdadır.

Sportal.az xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidir. Biletlərin qiyməti 88 AZN-dir.

Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq.

"Qarabağ" azarkeşləri üçün "Estádio do SL Benfica"da 500 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslər onları biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
2
sportal.az

10Sources