Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının 4-cü turunda "Şamaxı" çempionatın debütantı "Karvan Yevlax"la qarşılaşacaq. Aran təmsilçisi ilə meydan sahibi qismində üz-üzə gələcək "aslanlar"ın müdafiəçisi Rüfət Abbasovla əlaqə saxlayıb "ağ-qaralar"la oyundan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizi ağır oyun gözləyir. Matça yaxşı hazırlaşırıq. Məşqçilərin tapşırıqlarını yerinə yetirmək üçün bacardığımızı edəcəyik. "Karvan" yaxşı komandadır. Çətin oyun olacaq. Qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək "Şamaxı" - "Karvan Yevlax" qarşılaşmasının start fiti 16:30-da səsləndiriləcək.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.