EN

Rusiya-Ukrayna sülh danışıqları dayandırıldı - Kreml açıqladı

Rusiya və Ukrayna arasında aparılan sülh danışıqları çıxılmaz vəziyyətə düşüb. Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın təşəbbüslərinə baxmayaraq, proses dayandırılıb.

Milli.Az vəbər verir ki, Peskov qeyd edib: "Müzakirəçilərimiz kanallar vasitəsilə əlaqə saxlaya bilirlər. Bununla belə, sülh danışıqlarının hələlik dalana dirəndiyini demək daha doğru olar. Avropa ölkələri sülh səylərinə mane olur". Ukrayna tərəfi hələ mövzu ilə bağlı şərh verməyib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi cümə günü səhər açıqlayıb ki, Ukrayna tərəfindən ölkənin müxtəlif bölgələrinə hücum məqsədilə göndərilən 221 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Məlumata görə, bir gecə ərzində Bryansk vilayətində 85, Smolenskdə 42, Leninqradda 28, Kaluqada 18, Novqorodda 14, Oryolda 9, Belqorodda 7, Rostovda 3, Tverdə 3 və Kursk vilayətində 1 PUA vurulub. Bundan başqa, paytaxt Moskvaya doğru hərəkət edən 9 PUA da zərərsizləşdirilib.

Fidan
Milli.Az

Chosen
11
milli.az

1Sources