EN

“FIFA Arena” layihəsi çərçivəsində futbol meydançasının açılışı keçirilib FOTO

Apasport saytına istinadən ain.az xəbər verir.

“FIFA Arena” layihəsi çərçivəsində 138 nömrəli tam orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, qurumun rəsmi şəxsləri, eləcə də, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Fərrux İsmayılov layihənin önəmindən bəhs edib, iştirakçılara yeni tədris ilində uğurlar arzulayıb.

Qeyd edək ki, AFFA dünyada “FIFA Arena” layihəsini tamamlayan ilk 11 ölkə arasında yer alır. Milli assosiasiya bundan öncə layihə çərçivəsində 247 nömrəli tam orta məktəbin ərazisində də meydança inşa edib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.

“Kəpəz” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR

Debütant ev oyunlarını Şamaxıda keçirəcək

“Difai”dən yeni transfer

“ASTA Mingəçevir”dən növbəti transferlər - RƏSMİ

“Qarabağ” Aleksey İsayevlə yollarını ayırdı - RƏSMİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
4
apasport.az

10Sources