EN

"Şagird davranış qaydaları" bütün ölkə məktəblərində tətbiq olunacaq

"Şagird davranış qaydaları" bütün ölkə məktəblərində tətbiq olunacaq.  Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025–2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Qaydalara əsasən də  ümumtəhsil müəssisələrində tədris zamanı mobil telefondan istifadə qadağan olunacaq. 

Bağırov bildirib ki, yaxın günlərdə Şagird davranış qaydalarının ölkə üzrə bütün ümumtəhsil məktəblərində tətbiqinə başlanacaq.

“Qaydalar çərçivəsində şagirdlərin dərs vaxtı telefonlardan istifadəsi qadağan edilir,” –  o əlavə edib.

Gülnar 

Chosen
13
1
anews.az

2Sources