EN

Özəl fondların yaradılması pensiyaları artıracaq

"Özəl pensiya fondlarının yaradılması bu günün çağırışlarındandır. Bu istiqamətdə həm qanunvericilik bazasının formalaşması, həm də mexanizmlərin hazırlanması ilə bağlı intensiv işlər gedir".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, özəl pensiya fondalarının yaradılması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər aidiyyəti qurum tərəfindən hazırlanaraq başa çatdırılıb və müzakirələrə təqdim olunacaq:

"Özəl pensiya fondları vətəndaşlarımıza paralel seçim imkanları deməkdir. Özəl pensiya fondlarına yığım edən vətəndaş pensiya yaşı tamam olan zaman iki mənbədən pensiya ala bilər. Bu da onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Əgər vətəndaş dövlətdən 500 manat pensiya alırsa, özəl pensiya fonduna yığımlar nəticəsində məsələn, əlavə olaraq 300 manat da oradan ala bilər. Bu isə vətəndaşlarımızın pensiya məbləğinin artmasına gətirib çıxarar. Bu, daha çox pensiya almaq imkanıdır. Digər tərəfdən isə özəl pensiya fondları ilə vətəndaş müqavilə bağladıqda kapitalın bir hissəsini daha tez götürmək hüququna malik ola bilər. Bu artıq ikitərəfli razılaşma əsasında özəl pensiya fondunda yığılan vəsaitin zamana uyğun istifadəsi deməkdir".

Anar Kəlbiyev

Chosen
5
1
unikal.az

3Sources