EN

Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin bir hissəsində təmir işləri aparılacaq

Bu barədə Kommersant.az-a AAYDA-dan məlumat verilib.

Bildirilib ki, 13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Chosen
10
29
kommersant.az

10Sources