EN

Trampdan narazılıq: “Hər dəfə haranısa bombalayır”

ABŞ prezidenti Donald Tramp və onun administrasiyası İsrailin Qətərdəki HƏMAS liderlərinə qarşı son hava zərbəsinə görə İsrail Baş naziri Benyamin Netanyahudan dərin narazılıq ifadə ediblər.

XəzərNews.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Tramp və yüksək səviyyəli köməkçiləri bu hücumun Qətərdə aparılan girov azadlığı və atəşkəs danışıqlarını pozacağından ciddi narahatdırlar.

Ağ Ev rəsmilərindən biri bildirib:

“Hər dəfə irəliləyiş əldə olunur, Netanyahu haranısa bombalayır. Prezident və komandası artıq bu davranışdan bezib”.

Rəsmilər İsrailin son hücumunun əsas hədəfləri vura bilmədiyini, lakin Dohadakı digər HƏMAS üzvlərinə zərər vurduğunu qeyd ediblər.

Xəbər 3 dəfə oxunub.
Chosen
27
1
xezernews.az

2Sources