ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Mətbuat prospektində qayda pozan piyada avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentybarın 11-də saat 18:03 radələrində qeydə alınıb. Belə ki, orta yaşlı qadın yolu müəyyən olunmamış yerdən keçərək qəzadan son anda xilas olub. Kadrdan da göründüyü kimi, o, yaxınlaşmaqda olan avtomobili görsə də, özünü maşının önünə atıb. Xoşbəxtlikdən görünütünü qeydə alan avtomobildəki sürücü vaxtında dayanaraq baş verəcək qəzanın qarşısını alıb.
Qeyd edək ki, yaxınlıqda piyada keçidi mövcuddur.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.