EN

"Regionlarda baytar və özəl baytarların işlərinə də nəzarət yoxdur"

Deputat Azər Badamov isə mal-qaranın sayının azalmasının səbəblərindən birinin peyvəndlənmə olduğunu bildirib.

FED.az xəbər verir ki, onun sözlərinə görə, regionlarda, yerlərdə peyvəndlənmənin aparılması üçün kifayət qədər baytar və özəl fəaliyyət göstərən baytarların gördükləri işlər üzərində də bir nəzarət mexanizmi yoxdur:

“Peyvəndlər alınır və yerlərə göndərilir. Amma o peyvəndlənmənin hansı səviyyədə aparılmasına nəzarətin həyata keçirilməsində boşluqlar var. Bu boşluq da ölkədə həmin sahədə olan baytar mütəxəssislərin azlığı ilə bağlıdır. Regionlarda, yerlərdə peyvəndlənmənin aparılması üçün kifayət qədər baytar yoxdur. Dövlət qurumu peyvəndləri idarələrə göndərir, rayon idarələri isə fərdi baytarlarla müqavilələr bağlayaraq bu işi icra edirlər. Lakin özəl fəaliyyət göstərən baytarların gördükləri işlər üzərində bir nəzarət mexanizmi yoxdur. Onlar həmçinin fiziki cəhətdən də peyvəndlənmənin geniş şəkildə aparılmasına qadir deyillər. Özəl baytarların maddi-texniki bazası soyuq zəncirin qorunub saxlanılmasına imkan vermir. Heyvanlarının sayının azalmasının səbəblərindən biri də bu məsələdir”.

Chosen
10
2
fed.az

3Sources