EN

Əhalinin gündəlik xərcləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda 12 aylıq inflyasiya 4,9 faiz təşkil edib.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə qida məhsullarının qiyməti 6,8 faiz, qeyri-qida məhsullarının qiyməti 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 4,9 faiz artıb.

İstehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz təşkil edib.

Qida məhsullarının qiymətləri əhalinin gündəlik büdcəsinə birbaşa təsir edir. Ət, süd, tərəvəz və digər əsas ərzaq məhsullarının qiymətləri hər gün dəyişir və bu da ailələrin gündəlik xərclərini artırır. Eyni zamanda, gəlirlər kifayət qədər artmadığı üçün insanların real alıcılıq qabiliyyəti inflyasiya qarşısında zəifləyir. Təkcə qida sahəsində deyil, digər gündəlik xərclərdə də artım müşahidə olunur ki, bu da əhalinin maliyyə vəziyyətini daha da gərginləşdirir.

NATİQ

İqtisadçı Natiq Cəfərli Musavat.com-a deyib ki, ərzaq inflyasiyasının yüksək olması diqqət çəkir:

“İnsanlar gündəlik xərclərinin artımını daha çox hiss edir, çünki qiymətlər kifayət qədər sürətlə yüksəlir və real gəlirlər bu artımı qarşılamır”.

N.Cəfərlinin sözlərinə əsasən, “Yaxşı olardı ki, gündəlik tələbat mallarından, təxminən 30 adda məhsuldan ayrıca inflyasiya zənbili hazırlanıb açıqlansın:

“Bu, əhalinin gündəlik xərclərinin qiymət artımını daha dəqiq göstərər və inflyasiyanın real təsirini ortaya çıxarardı”.

Mənzər Novruzlu
Musavat.com

Chosen
20
musavat.com

1Sources