İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 233 min 943 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 43.362-si (18,5 %) ilkin, 190.581-i (81,5 %) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2025-ci ilin yanvar-avqust ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 44 min 199, mənzil – 59 min 983, torpaq sahəsi – 121 min 147, qeyri-yaşayış binası – 1993, qeyri-yaşayış sahəsi – 6 min 67, əmlak kompleksi – 461, çoxmərtəbəli yaşayış binası – 90 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 66 min 249-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-avqust ayları ərzində 165 min 899 texniki pasport tərtib edilib, 38 min 889 ipoteka müqaviləsi qeydiyyata alınıb.