EN

Qətərin Baş naziri Trampla görüşəcək

Bu barədə Ağ Evin adı çəkilməyən rəsmi nümayəndəsi "Reuters" xəbər agentliyinəməlumatverib. Hərçənd o, görüşün vaxtı və gündəliyi ilə əlaqədar təfərrüatı açıqlamayıb.

Ağ Evin məlumatına görə, Əl-Sani səfər çərçivəsində həmçinin Dövlət katibi Marko Rubio ilə də danışıqlar aparacaq.
Qətərdə təcili sammit keçiriləcək

Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında"atəşkəs danışıqlarına vurulan zərbə"adlandırıb.

Məlumat üçün bildirək ki, hər iki ölkə: Qətər və İsrail Vaşinqtonun yaxın müttəfiqləri sayılır.

Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır.

Firudin Həmidli
AzVision.az
Chosen
28
1
azvision.az

2Sources