EN

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Banco.az saytına istinadən ain.az xəbər verir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 317,8 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

Dövlət Statistika Komitəsinin  xəbərinə görə, bu, 2024-cü ilin 8 ayı ilə müqayisədə 7,2 % azdır.

Bu il sentyabrın 1-nə 44,8 min ton hazır məhsul qalığı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
banco.az

2Sources