"Liverpul" klubu Mohamed Salahın əvəzedicisini tapıb.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi 23 yaşlı futbolçu Maykl Oliseni heyətinə cəlb etməyi planlaşdırır. Klub "Bavariya"nın vingerini Mohamed Salahın uzunmüddətli əvəzedicisi kimi görür. Bu barədə "Caught Offside" nəşri məlumat yayıb.
Almaniya klubunun Fransa milli komandasının üzvü üçün "Liverpul"dan 100 milyon avro tələb etməsi gözlənilir.
Qeyd edək ki, Olise 2024-cü ilin yayında "Kristal Pelas"dan "Bavariya"ya transfer olunub. O, 59 oyuna çıxıb, 24 qol və 23 assistə imza atıb.