EN

Rizvan Nəbiyev Bəhreynə səfər edəcək

Asiya Parlament Assambleyasının komitə iclasında Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 13-də Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya verilən məlumata görə, deputatımız iclasda çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.

Səfər sentyabrın 16-da başa çatacaq.

Chosen
20
1
operativmedia.az

3Sources