"Azərbaycan Memarlıq və İnşaat Universitetində də bakalavriat təhsil səviyyəsi üzrə bəzi ixtisaslarda dərslər 4 günə endirilib".
Bu barədə "Unikal"a AzMİU Media və Ictimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev deyib.
O, bildirib ki, bu təcrübə ötən semestrlərdə tətbiq olunub və həftədə 4 gün dərs tədris olunub.
"Bu ildə bəzi ixtisaslar üzrə həftədə 4 gün dərsin olması mümkündür".
Qeyd edək ki, AzMİU ilə yanaşı, Bakı Dövlət Universitetində də bəzi ixtisaslar üzrə dərslər 4 günə endirilib.
Gülayə Mecid