EN

Neftçalada bir yaşlı övladının ölümündə şübhəli bilinən ana saxlanıldı YENİLƏNİB

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Neftçala rayonunda bir yaşlı övladının ölümündə şübhəli bilinən ana saxlanılıb.Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırmalar davam etdirilir.***Neftçalada biryaşlı körpənin ölümünə səbəb kimi ananın övladını qəsdən öldürdüyü iddia olunub.Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun İkinci Qaralı kəndində baş verib.Belə ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətovanın əkiz övladlarından birini - 2024-cü il təvəllüdlü A.A.-nı yerə çırparaq öldürdüyü iddia olunur. Bu iddianı qadının həyat yoldaşı irəli sürüb.Yaxınlarının sözlərinə görə, hadisə baş verən vaxt Şəbnəm evdə tək olub. Onun həyat yoldaşı Səttar Allahverdiyev isə işdə olub. Bu vaxt Şəbnəm Səttara zəng edərək uşaqlardan birinin halının pisləşdiyini və tez evə gəlməsini deyib.Cütlük üç ildir ki, evlidir və onlar arasında tez-tez mübahisə baş verirmiş.Qeyd edək ki, Ş.Dövlətova uşaq evlərinin birində böyüyüb.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
7
avtosfer.az

10Sources