Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Portuqaliyada "Benfika"ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün "Qarabağ" azarkeşlərinə 500 yer ayrılıb.
Axar.az xəbər verir ki, komandanı səfər matçında stadiondan dəstəkləmək istəyən fanatlar üçün vauçerlər bu gün, saat 15:00-dan etibarən iTicket.az-da aktivdir.
Biletlərin qiyməti 88 manatdır.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.