EN

Ərdoğanın müavini Naxçıvana gəlib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın baş meydanında ucalan abidəsini ziyarət edib.

*** 12:16

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız Türk dünyasının strateji mərkəzlərindən biri – "Türk qapısı" Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və rifah mühiti məhz Naxçıvan xəttindən yüksələcək",- sədr müavini qeyd edib.

Chosen
26
9
far.az

10Sources