Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Azərbaycan tarixi kitablarının dili uşaqların yaş xüsusiyyətinə uyğun deyil. Məzmun anlaşıqlı deyil”.Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə çıxış edərkən deyib. Nazir tarixin daha yaxşı öyrənilməsi üçün hekayə formatınının tətbiq olunması ilə bağlı fikirlərini bölüşüb:
“11-16 yaşına qədər, uşaqlıq yeniyetməlik dövrü üçün anlaşıqlı, ardıcıl, başa düşülən bir milli hekayəyə ehtiyacımız var ki, onu hər bir azərbaycanlıya danışa bilək. Yəni, həmin hekayə çox sadə üsulla istənilən azərbaycanlıya izah etsin ki, bu, mənim keçmişimdir, bu da mənim bu günümdür”.
Nazir bildirib ki, tarix kitablarının böyük əksəriyyəti tarixi faktları ardıcıl olaraq sıralanmasının təsviridir və bu yanaşma dəyişməlidir.Günay Şahmar, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.