EN

Neftçalada bir yaşlı övladının ölümündə şübhəli bilinən ANA SAXLANILDI

Neftçala rayonunda bir yaşlı övladının ölümündə şübhəli bilinən ana saxlanılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Neftçalada biryaşlı körpənin ölümünə səbəb kimi ananın övladını qəsdən öldürdüyü iddia olunub. Hadisə rayonun İkinci Qaralı kəndində baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətovanın əkiz övladlarından birini - 2024-cü il təvəllüdlü A.A.-nı yerə çırparaq öldürdüyü iddia olunur. Bu iddianı qadının həyat yoldaşı irəli sürüb.

Yaxınlarının sözlərinə görə, hadisə baş verən vaxt Şəbnəm evdə tək olub. Onun həyat yoldaşı Səttar Allahverdiyev isə işdə olub. Bu vaxt Şəbnəm Səttara zəng edərək uşaqlardan birinin halının pisləşdiyini və tez evə gəlməsini deyib. Cütlük üç ildir ki, evlidir və onlar arasında tez-tez mübahisə baş verirmiş. Xatırladaq ki, Ş.Dövlətova uşaq evlərinin birində böyüyüb.

Chosen
36
7
far.az

4Sources